Klublararası dünya çempionatında mebarizəyə start verilİb. Qətərin “Əl Dühayl” komandasınln Misir “Əl Əhli”si ilə matçında yalnız 1 qol vurulub. Hüseyn El Şahat 30-cu dəqiqədə fərqlənərək Misir klubunu yarımfinala çıxarıb. Beləcə “Əl Əhli” yarımfinalda Çempuonlar Liqasınln qaıibi “Bavariya” ilə qarşılaşmaq hüququ qazanıb. Oyun fevralın 7-nə təyin olunub.
Meksika “Tiqres”inin Koreyanın “Ulsan Hyönde” komandası ilə oyunu daha məhsuldar alınıb. Bütün qollar birinci hissədə vurulub. 24-cü dəqiqədə nominal qonaqlardan Kim Ki Hi hesabı açsa da, Pyer Jinyak 38-ci dəqiqədə tarazlığı bərpa edib. Fransalı hücumçu artırılan 5-ci dəqiqədə daha bir qol vuraraq görüşün yekun nəticəsinu müəyyənləşdirib: “Tiqres” – “Ulsan Hyundai” 2:1. Meksika komandası yarımfinalda Libertadores kubokunun sahinu “Palmeyras”la üz-üzə gələcək. Bu matç fevralın 8-də keçiriləcək.