“Sumqayıt” futbolçuları Rüfət Abdullazadə və Səbuhi Abdullazadə ilə 2019/2020 mövsümündə bağladığı müqavilələri yeniləyib.
Akademiyanın yetirməsi olan yarımmüdafiəçilərlə sözləşmələrin müddəti 2022/2023 mövsümünün sonunadək uzadılıb. Rüfət Abdullazadə Premyer Liqada bu mövsüm 8, ümumilikdə 12 oyun, Səbuhi Abdullazadə isə bu mövsüm 8, ümumilikdə 22 oyun (1 qol) keçirib. U-21 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə yüksək dəstədə debüt ediblər.