Türkiyə Superliqasında çempionluq uğrunda mübarizə davam edir.

23-cü turda liderlər qrupunda qərarlaşan “Fənərbağça” və “Qalatasaray”ın qələbə qazanması “Beşiktaş”ı da 3 xala daha da həvəsləndirdi. Ötən turda “Trabzonspor”a məğlub olan Sərgən Yalçının komandası bu dəfə “Antalyaspor”la görüşdə qələbəyə iddialı idi. Amma meydan sahibləri qonaqların planlarını alt-üst ediblər. Fasiləyədək hesab açılıb. Antalya futbolçularından Gökdeniz Bayraktar fərqlənib. İkinci yarıda meydan sahibləri azlıqda qalıblar. 70-ci dəqiqədə Veysel Sarı qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyündən istifadə edən “Beşiktaş” çox keçmədən tarazlığı bərpa edib. Damaqoy Vida komandasını qələbəyə ümidləndirib. Lakin qalan vaxtda qonaqlar meydan sahiblərinin müqavimətini qıra biıməyiblər. Görüş 1:1 hesabı ilə yekunlaşıb. “Beşiktaş” 45 xalla 3-cüdür. Eyni xala malik “Qalatasaray” 2-ci pillədədir. Yarış cədvəlinə 48 xalla “Fənərbağça” liderlik edir.