İspaniya kubokunun ¼ finalında “Barselona” səfərdə “Qranada” ilə qarşılaşıb. Meydan sahibləri 33-cü dəqiqədə hesabı açıblar. Kenedi fərqlənib. İkinci yarıya da yaxşı başlayan “Qranada” fəriq artırıb. Bu dəfə Roberto Soldadonun zərbəsi dəqiq olub. Təslim olmaq istəməyən qonaqlar son dəqiqələrdə istəklərinə çatıblar. Əvvəlcə, Antuan Qrizmann toplardan birinin əvəzini çıxıb. Daha sonra isə Jordi Alba tarazlığı bərpa edib – 2:2. Əlavə hissələrdə daha 4 qol vurulub. “Barselona”dan Frenki de Yonq 1 dəfə fərqləndiyi halda, Qrimzannla Alba dubl edib. Meydan sahiblərindən isə Fede penaıtini dəqiq yerinə yetirib. 5:3 hesabı ilə qalib gələn “Barselona” yarımfinala yüksəlib.
¼ finalın daha bir görüşündə “Levante” “Vilarreal”ı qəbul edib. Oyunun əsas vaxtında hesab açılmayıb. Əlavə hissələr gərginliyi ilə yadda qalıb. 121-ci dəqiqədə qələbə qolunu vuran Rocer Marti “Levante”ni növbəti mərhələyə daşıyıb.