İngiltərə Premyer Liqasının 22-ci turunda “Mançetser Siti” səfərdə “Börnli” ilə qarşılaşıb. Oyuna gözlənildiyi kimi qonaqlar daha yaxşı başlayıblar. Qvardiolanın komandası erkən qolla azarkeşlərini sevindirib. 3-cü dəqiqədə Qabriel Jezus fərqlənib. Fasiləyədək meydan sahibləri yenidən mərkəzə dəvət olunublar. Bu dəfə Rahim Sterlinq rəqib qapısına yol tapıb. İkinci yarıda “Börnli” çox çalışsa da, heç nə ilə yadda qala bilməyib. Ardıcıl 9-cu qələbəsini qazanan “Mançester Siti” 47 xalla liderliyini davam etdirir.
Daha bir görüşdə isə “Brayton” “Liverpul”un qonağı olub. Ötən turda “Tottenhem”i minimal hesabla məğlub edən “Brayton” yenə eyni nəticə ilə qələbə qazanıb. Oyunda yeganə qolu Stiven Alsate vurub. Qalib gələn “Brayton” 24 xalla 15-cidir. 4-cü pillədə qərarlaşan “Liverpul”un isə 40 xalı var.