AFFA-nın milliləşdirmək istədiyi əslən azərbaycanlı futbolçu kamran Əliyev yığmamızda oynamaqdan imtina edib.
Futbolçu ilə Antalyada keçirilən görüşdə onun millimizi seçməsi ilə bağlı ümumi razılıq əldə olunmayıb. Qeyd edək ki, Rusiyanın “Ximki” klubunda oynayan Kamran Əliyevin milliləşdirilməsi ilə bağlı xəbəri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov vermişdi.