Qətərdəki 2022-ci il dünya çempionatı azarkeşlərlə keçiriləcək. Bu barədə FİFA prezidenti Canini İnfantino məlumat verib. Pandemiya ilə əlaqədar bir sıra yarışların məhdud sayda azarkeşlə və ya ümumiyyətlə azarkeşsiz keçirildiyini deyən FİFA mundialla bağlı nikbin danışıb.
"Stadionlar tam dolu olacaq. O vaxtadək biz koronavirus pandemiyası ilə yaşamağa öyrəşəcəyik" - deyə İnfantino bildirib. Xatırladaq ki, dünya çempionatı gələn il noyabr 21-dən dekabrın 18-dək keçiriləcək.