Qış fasiləsindən öncə “Zirə”dən ayrılan Rəşad Eyubov karyresını Ukraynada davam etdirə bilər.
Millinin sabiq üzvü hazıda menecerləri vasitəsilə bu ölkənin bir neçə klubu ilə danışıqlar aparır. Əgər hansısa klubla razılıq əldə olunsa, Rəşad Eyyubov qış transfer pəncərəsi bağlanana qədər ölkə xaricinə yollanacaq. Xatırladaq ki, Rəşad Eyyubov bu mövsümün əvvəlində “Sabah”dan ayrılaraq “Zirə”yə transfer olunmuşdu.