“Beşiktaş” “Vodafon Park Arena”da “Trabzonspor”la üz-üzə gəlib.
Sərgən Yalçının komandası oyuna daha yaxşı başlayıblar. Yarım saatın tamamında hesab açılıb. Vinsent Abubakar başla fərqlənərək meydan sahiblərini irəli çıxarıb. Lakin ilk hissənin son saniyələrində oyunda tarazlıq yaranıb. Entoni Envakemenin zərbəsindən sonra müdafiəçilərə dəyən top qapıya istiqamətlənib. “Qara dəniz fırtınası” ikinci hissədə də təşəbbüsü əldən verməyib. 63-cü dəqiqədə Vitor Uqo fərqlənib. 14 dəqiqə sonra “Qara Qartal” azlıqda qalıb. Dorukhan Toköz birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Bu matçda yadda qalan sonuncu epizod olub. “Beşiktaş” – “Trabzonspor” 1:2.
22 turdan 45 xal toplayan “Fənərbağça” yarış cədvəlinin lideridir. 44 xalı olan “Beşiktaş” ikinci pillədədir. İlk üçlüyü isə 42 xalla “Qalatasaray” tamamlayır.