İspaniya La Liqasının 21-ci turunda lider “Atletiko” “Kadis”in qonağı olub. Simeonenin komandası ilk hissədə hesabı açıb. Luis Suares fərqlənib. Fasiləyədək meydan sahibləri tarazlığı bərpa ediblər. Alvaro Neqredo rəqib qapısına yol tapıb. Çox keçmədən Saul yenidən komandasını önə çıxarıb. İkinci yarıda daha 3 qol vurulub. Penaltini dəqiq yerinə yetirən Suares dubl edib. Rəqibindən geri qalmayan Neqrodo da dubl edərək diqqətləri üzərinə çəkib. Son dəqiqələrdə isə Koke fərqlənərək yekun nəticəni müəyyənləşdirib. 4:2 hesabı ilə qələbə qazanan “Atletiko” 50 xalla liderliyini daha da möhkəmlədib.

Daha bir oyunda isə “Barselona” “Atletik”i qəbul edib. Görüşə daha sürətli başlayan meydan sahibləri hesabı açıblar. Lionel Messi fərqlənib. Bu, argentinalı futbolçunun Kataloniya klubunun heyətində 650-ci qolu olub. İkinci yarıda nisbətən özünə gələn qonaqlar tarazlığı bərpa ediblər. Jordi Alba avtoqol müəllifi olub. 74-cü dəqiqədə fərqlənən Antuan Qrizmann komandasına qələbə qazandırıb. “Barselona” – “Atletik”  2-1. Ardıcıl 5-ci qələbəsini qazanan “Barselona” 40 xalla 2-ci pilləyə yüksəlib.