Dünya Şahmat Tacı uğrunda görüş bu ilin noyabrın 24-dən dekabrın 16-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

Yarışın mükafat fondu 2 milyon avro olacaq. Bu barədə Beynəlxalq Şahmat Federasiya məlumat yayıb. Şahmat tacı uğrunda yarışda son dünya çempionu Maqnus Karlsenin rəqibi isə hələ məlum deyil. Buna koronavirus pandemiyasına görə İddiaçılar Turnirinin yarımçıq dayandırılması səbəb olub. Turnirin aprel ayında bərpa ediləcəyi gözlənilir.