Atatürk Olimpiya Stadionunda keçirilən Türkiyə Superkubokunda ölkə çempionu “Başakşəhər” və kubokunun qalibi “Trabzonspor” üz-üzə gəlib.
İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. İkinci hissədə təşəbbüsə yiyələnən “Qaradəniz Fırtınası” 47-ci dəqiqədə hesabı açıb. Müdafiəçi Karluş Ponkun kobud səhvindən yararlanan Canini Semedu topu başla qapıya göndərib. 58-ci dəqiqədə “Trabzonspor”un qapısına təyin olunan penaltini Demba Ba dəqiq yerinə yetirib. Az sonra İstanbul təmsilçiləri azlıqda qalıblar. Aleksandr Epuryanu ikinci dəfə sarı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü qazanan Trabzon klubu qələbə qolunu vura bilib. Kaleb Ekuban yekun nəticəni müəyyənləşdirib: “Başakşəhər” – “Trabzonspor” 1:2. Beləliklə “Trabzonspor” Tükiyə Superkubokunun sahibi olub. Bu, Qaradəniz təmsilçisinin Superkubok yarışında 9-cu naliyyətidir. Final qarşılaşması komandanın baş məşqçisi Abdullah Avcı üçün də əlamətdarlığı ilə yadda qalıb. Belə ki, təcrübəli çalışdırıcı ilk titulunu qazanıb.