İtaliya kubokunda yarımfinala çıxan ilk komandanın adı “İnter” - “Milan” matçında müəyyənləşib.
Nominal qonaqlar 31-ci dəqiqədə irəli keçiblər. Zlatan İbrahimoviçin zərbəsi dəqiq alınıb. Hissənin sonuna yaxın isveçli hücumçu ilə Romelu Lukaku arasında mübahisə baş verib. Nəticədə hər 2 futbolçu sarı vərəqəylə cəzalanıb. Fasilədən sonra İbra 2-ci rəsmi xəbərdarlığa görə meydandan çıxarıkıb. Azlıqda qalan Milan üstünlüyü əldən verib. 71-ci dəqiqədə Romelu Lukaku penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. “Neradzurri” oyunun başa çatmasına az qalmış daha bir qol vuraraq qələbəni təmin edib. “İnter”dən gedəcəyi uzun müddət müzakirə olunan Kristian Eriksen 2-ci hissəyə artırılan 7-ci dəqiqədən cərimə zərbəsindən gözəl qol vuraraq “İnter”in yarımfinala çıxmasına şərait yaradıb. Antonio Kontenin komandası bu mərhələdə “Yuventus – Spal” cütünün qalibi ilə üz-üzə gələcək.