“Keşlə”də baş məşqçi dəyişikliyindən sonra klubda ciddi islahatların aparılacağı gözlənilir.

Belə ki, mövsümün sonunda komanda heyətdə olan legionerlərin hamısı ilə vidalaşacaq. Əcnəbi futbolçlardan yalnız ikisinin heyətdə saxlanılacağı gözlənilir. Bunlar Sezar Meza Kolli və qış fasiləsində transfer edilən Anatoli Abanqdır. Bundan başqa heyətdəki yerli futbolçulardan bəzilərinin də müqavilə müddəti uzadılmayacaq.