Dünya futbolunun ən titullu baş məşqçilərindən, 2002-ci ildə Braziliya millisinə dünya çempionluğu qazandırmış Luis Felipe Skolari “Kruzeyro”dan gedib.

Ötən il bu vəzifəyə təyin edilmiş braziliyalının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Xatırladaq ki, 72 yaşlı Skolari 2000-2001-ci illər mövsümündə də bu komandaya rəhbərlik etmişdi. Daha sonra isə Braziliya millisinin “sükanı arxası”na keçərək karyerasının ən böyük nailiyyətini qazanmışdı.