Yevgeni Koçuk və Ulisse Dialodan sonra “Sabah“da daha bir legioner ayrılığı yaşana bilər.

Belə ki, Masazır təmsilçisinin əsas oyunçularından biri sayılan Nikola Vuyadinoviçə Serbiyadan təklif gəlib. Ötən yay 1 illik müqavilə bağlayan monteneqrolu legioner doğma vətəninə qayıtmaq niyyətindədir. Komandanın son məşqlərində iştirak etməyən müdafiəçi koronavirus pandemiyasını və şəxsi məsələləri önə çəkərək, Serbiyaya qayıtmaq istəyir.