Portuqaliyanın 2-ci liqa təmsilçisi “Leyşoeş” klubunun forvardı Cefferson Enkada karyerasını ölkəmizdə davam etdirə bilər.
23 yaşlı vinger menecerlər vasitəsilə “Zirə”yə təklif olunub. Qvineya-Bisau yığmasının üzvünü izləyən paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqov onun oyununu bəyənib. Hazırda tərəflər arasında danışıqlar aparılır. Klubu ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Ceffersonun “Zirə”yə icarə əsasında keçidi istisna deyil. Qeyd edək ki, Cefferson ötən ilin noyabrında ilk dəfə Qvineya-Bisau millisinə çağırılıb. Afrika Millətlər Liqasında Seneqalla matçlara dəvət edilsə də, meydana çıxmayıb.