Vaxtilə 15 il futbolçu kimi “Mançester Yunayted”in uğurları üçün çalışmış Darren Fletçer, bundan sonra yenə “qırmızı şeytanlar”a xidmət edəcək. O bu dəfə məşqçi kimi doğma kluba dönüb.

Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Xəbərdə Fletçerin əsas komandanın baş məşqçisi Ole-Qunnar Sulşerin köməkçisi kimi çalışacağı diqqətə çatdırılıb.


Fletçer 2001/2002 mövsümündən etibarən “Mançester Yunayted”də peşəkar karyerasına başlamış, daha sonra “Vest Bromviç” və “Stok Siti”də də forma geyinmişdi. 2019/20 mövsümünün sonunda azad agentə çevrilən şotland futbolçu 36 yaşında karyerasını başa vurmuşdu.