“Çelsi” İngiltərə premyer liqasının 16-cı turunda “Aston Villa”nə qəbul edib. “Zadəganlar” 34-cü dəqiqədə üstünlük qazanıblar. Ben Çilvelin ötürdüyü topu Olivye Jiru qapıdan keçirib. İlk yarı minimal hesabla yekunlaşıb. 50-ci dəqiqədə tarazləq bərpa olunub. Qonaqlardan Ənvər Əl Qazi hədəfdən yayınmayıb. Qalan vaxtda komandalarım bütün səyinə baxmayaraq hesab dəyişməyib: “Çelsi” – “Aston Villa” 1:1. Bu nəticəylə Birmingem təmsilçisi xallarının sayını 26-ya çatdırıb. Din Smitin komandası yarış cədvəlində London klubunu keçərək 5-ci yerə yüksəlib. “Çelsi” isə 5-ci sıradan 6-cı pilləyə geriləyib.
“Kristal Pelas” – “Lester” qarşılaşmasında da eyni hesab qeydə alınıb. Oyunun əvvəlində “tülkülər” penalti yerinə yetirmək hüququ qazansalar da, Keleçi İhenaçonun 11 metrlik nöqtədən endirdiyi zərbədən sonra qapıçı Visente Quayita topu dəf edib. Hesabı 58-ci dəqkqədə meydan sahibləri açıblar. Vilfrid Zaha yaxın küncü dəqiq nişan alıb. Amma paytaxt futbolçuları sərfəli hesabı qoruya bilməyiblər. Vaxtın yekunlaşmasına 7 dəqiqə qalmış Harvi Barns yekun nəticəni müəyyənləşdirib. “Kristal Pelas” – “Lester” 1-1 bununla Brendan Rocersin komandası 29 xalla 2-ci pillədədir. “Kristal Pelas” 19 xalla 13-cüdür. Turnir cədvəlinə 32 xalla “Liverpul” başçılıq edir.