Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubu daha bir futbolçu ilə vidalaşıb.

Murad Qayalı, Əli Sadıxov və Arsen Ağcabəyovdan sonra Orxan Qurbanlı ilə də yollar ayrılıb. Bundan başqa iranlı yarımmüdafiəçi Bəxtiyar Rəhmani də komandanı tərk edə bilər. Hazırda maliyyə şərtlərinə görə futbolçu ilə danışıq aparılır. Əgər razılıq əldə olunmasa da, o, komandadan gedəcək.  Qeyd edək ki, "Səbail" qış hazırlığına yanvarın 4-də başlayacaq. Yanvarın 14-də Aftandil Hacıyevin yetirmələri "Sabah"la qarşılaşacaq.