“Neftçi” klubunu daha bir legioner futbolçu tərk edə bilər.

Söhbət iranlı yarımmüdafiəçi Saman Nərimancahandan gedir. Baş məşqçi Samir Abbasov yarımmüdafiəçinin oyunundan razı deyil və onun göndərilməsini rəhbərlikdən tələb edib. Bu ilin əvvəlindən “Neftçi”yə cəlb olunan Saman Nərimancahan  "Maşinsazi,  "Naft Tehran”, "Gostareş Fulad” (2012-2018), "Traktor”, "Persepolis” (2017) və "Peykan" (2018-2019) klublarında çıxış edib. İran çempionatının qalibi (2017) olmuş futbolçu ölkənin U-23 milli komandasında 6 oyun keçirib, 1 qol vurub.