Türkiyə çempionatının 14-cü turunda “Beşiktaş” “Ankaragücü”nün qonağı olub.
Autsayderlər qrupunda qərarlaşan meydan sahibləri ilk hissədə rəqibini güclü müqavimət göstərib. Nəticədə İstanbul komandası hesabı aça bilməyib. İkinci yarıda hücumlarını daha da gücləndirən “Beşiktaş” istəyinə 61-ci dəqiqədə çatıb. Damaqoy Vida fərqlənib. “Ankaragücü” çox çalışsa da, qalan vaxt ərzində hesabı dəyişə bilməyib. Minimal hesabla qalib gələn “Beşiktaş” 25 xalla 4-cü pillədə qərarlaşıb. “Qalatasaray”la “Fənərbağça” 26 xalla 2-ci, 3-cü yeri bölüşür. Hesabında 27 xal olan “Alanyaspor” isə liderliyini davam etdirir.