Bu gün Azərbaycan dünyanın istər siyasi, istərsə də iqtisadi sistemində özünəməxsus yeri ilə seçilir, ölkəmizlə hesablaşır, hörmət və ehtiramla yanaşırlar. Azərbaycan bu naliyyəti güclü liderin –Prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edib. Başqa fəaliyyət sahələrində olduğu kimi, Azərbaycan idmanda da böyük uğurlar qazanıb, sürəti inkişaf dövrünü yaşayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir, bu sahə dövlət siyasətinin pioritetləri sırasında mühüm yerlərdən birini tutur. Bu prosses 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən başlanıb desək, yanılmarıq.
O vaxt idmanımızın strateji inkişafını təmin edən yeni konsepsiya müəyyənləşdirildi. Azərbaycanı dünya miqyasında idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan İlham Əliyev bütün ölkə üzrə müasir idman infrastrukturunun yaradılması istiqamətində nəhəng quruculuq layihələrinin dəqiq planını müəyyənləşdirdi. Hazırda demək olar elə bölgəmiz yoxdur ki, orada müasir idman qurğuları olmasın. Söhbət 50-dək olimpiya idman kompleksindən, 64 idman növü üzrə modern bazadan gedir. Bu gün Azərbaycanda 53 idman federasiyası, 66 idman təşkilatı, 60-dan çox idman klubu, 170 idman məktəi fəaliyyət göstərir. Federasiyalardan 23-ü olimpiya, 36-ı qeyri olimpiya idman növünə aiddir. Bu göstərici ilə Azərbaycan Müstəqil Dövlətlər Biriliyi ölkələri arasında öndə gedir. Bütün bunlar uzun müddət aparaılan səmərəli fəaliyyətin nəticəsidir. Azərbaycanda idmanın kütləviliyinə nail olmaq üçün zəruri tədbirlər görən prezident İlham Əliyevin idmanı çox sevməsi də mütləq vurğulanmalıdır, çünki başlıca nailiyyətlərin mərkəzində duran mühüm amillərdən biri də məhz budur. O, hər dəfə iftixarla bildirir ki, dövlət başçısı vəzifəsinə ölkənin vahid idmançılar ailəsindən gəlib. Ona görə də prezident seçildikdən sonra da Milli Olimpiya Komitəsinin rəhbəri kimi fəaliyyətini davam etdirməyi lazım bilib. Azərbaycan idmançılarının olimpiya oyunlarında uğurlarının yüksələn xətlə irəliləməsi bu sahədə aparılan işin planlı olmasının və ardıcıllığının göstəricisidir.
Azərbaycanın modern idman infrastrukturuna malik ölkə olması hər kəsin qəbul etdiyi reallıqdır. Bu fikri Bakıda nüfuzlu beynəlxalq yarışların təşkilinin ənənəyə çevrilməsi bir daha təsdiqləyir.
“Odlar diyarı”mız ilk Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, Formula 1 üzrə Qran prilərin, Avropa Yay Gənclər Olimipya Festivalının ünvanı oldu. Turnirlər ən yüksək standratlara cavab verən səviyyədə keçirildi, Azərbaycan yeni standartlar müəyyənləşdirdi və bütün dünyaya göstərdi ki, sülhün və sabitliyin hökm sürüyü müstəqil, heç bir ölkədən asılı olmayan azad məkan nümunəsidir. Bu yarışlarda xalqımızın mübarizliyi ön plana çıxdı, dünya idman ictimaiyyəti həmçinin prezident İlham Əliyevin rəhbərliyi ilə irqindən, dinindən asılı olayaraq insanlarlın ölkəmizdə azad yaşamaq hüququnun qorunduğunun bir daha şahidi oldu.
2016-cı il yay olimpiadası təmsilçilərimiz üçün əlamətdar olub. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən yarışları idmançılarımız 1 qızıl, 7 gümüş, 10 bürünc mükafat, ümumilikdə 18 medalla 207 komanda arasında 15-ci yerdə tamamladı. İştirakçı sayına düşən medallara görə atletlərimiz bütün ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Çin və Almaniya kimi güclü komandaları gedirə qoydular. İndi atletlərimiz Tokio Olimpiadasında yeni naliyyələr qazanmaq əmzi ilə hazırlığı davam etdirirlər. Bütün bunlar belə bir əminlik yaradır ki, idmançılarımız prezident İlham Əliyevin rəhbərliyi ilə olimpiya ideyalarına sadiq qalacaq, dünya idman hərəkatının ən fəal üzvlərindən biri kimi yenə diqqət mərkəzində olacaq və zəfər salmanəsinə yeni-yeni parlaq səhifələr yazacaq.
Ölkə başçıqı İlham Əliyev deyir ki, ləyaqət, ədəb-ərkanı, insalara xoş münasibət, vətənpərvərlik hissini heç bir halda keçmişdə qoymaq olmaz. Azərbaycan prezidenti bənzərsiz bacarığı, qibtəolunacaq qabiliyyəti ilə yanaşı, səmimiyyəti ilə də insanların rəğbət və hörmətini qazanıb.
Prezident İlham Əliyev güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafına toplayaraq müstəqil və güclü Azərbaycan uğrunda çalışır. Ali Baş Komandan xalqdan aldığı tükənməz gücü isə öz işgüzar, tarixi və geniş fəaliyyəti ilə xalqa qaytarır.
Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz illərdir işğal altında olan topraqlarımızı düşməndən azad etdi, Azərbaycanın ərazi bötövlüyünü təmin edildi. Dövlət başçısının qeyd etdiyi kimi, həmin ərazilərimiz, şəhər və kəndlərimiz yenindən qurulacaq, Qarabağ toprağında həyat canlanacaq. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə geniş idman infrastrukturu da yaradılacaq. Qarabağımızda beynəlxalq idman yarışları təşkil olunacaq. Əminliklə demək olar ki, Azərbaycan idmanı ölkə başçısı, Milli Olimipiya Komitəsinin prezudenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, atletlərimiz yeni-yeni naliyyətlər qazanacaq.