Türkiyə Super Liqasında 14-cü tur başlanıb.

Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” “Göztəpə”ni qəbul edib. Azarekşlər erkən qolun şahidi olublar. Artıq 4-cü dəqiqədə hesab açılıb. Müdafiə xəttinin kobud səhvindən sonra Emre Kılınc dəqiq zərbə ilə topu qapıya göndərib. Qonaqlar özlərinə gəlməmiş “Qalatasaray” ikinci topu vurub. Rayan Donkdan əla ötürmə alan Arda Turan fərqi atırıb. Az sonra “Göztəpə” futbolçuları qollardan birinin əvəzini çıxıb. Sonər Aydoğlu baxımlı qol vuraraq komandasını ümidləndirib. Lakin “Göztəpə”nin bundan artığına gücü çatmayıb. Əvəzində “Qalatasaray” daha bir dəfə rəqib qapısına yol tapıb. Sofyan Fequli yekun nəticəni müəyyənləşdirib: “Qalatasaray”- “Göztəpə” 3-1. Bu qələbə sayəsində xallarının sayını 26-ya çatdıran İstanbul təmsilçisi ikinci pillədəki mövqeyini qoruyub.

“Hatayspor”- “Trabzonspor” matçının taleyini bir qol həll edib. 74-cü dəqiqədə Viktor Uqo fərqlənərək “Trabzonspar”a 3 xal qazandııb.