“Neftçi” klubu hələ yayda transfer etmək istədiyi Marko Simonovski ilə danışıqları bərpa edə bilər.

Söhbət Şimali Makedoniyalı futbolçu Marko Simonovskidən gedir. Futbolçunun transferi barədə son qərarı baş məşqçi Samir Abbasov verəcək. “Flaqman”ın yay transfer dövründə heyətinə qatmaq istədiyi futbolçu ilə həmin vaxt razılıq əldə etmək mümkün olmamışdı. Qeyd edək ki, “Vardar” klubunun yetirməsi olan Simonovski karyerası ərzində Rusiya, Xorvatiya, Qazaxıstan və Finalndiya klublasrında da oynayıb. Hazırda isə hücumçu Rumıniyanın “Voluntari” klubunun üzvüdür.