İspaniya La Liqasının 19-cu turunda “Barselona” “Real Sosyedad”ı qəbul edib.

Görüşə meydan sahibləri daha yaxşı başlasalar da, hesabı qonaqlar açıblar. 27-ci dəqiqədə Villian Joze fərqlənib. Ruhdan düşməyən Kataloniya futbolçuları çox keçmədən tarazlığı bərpa ediblər. 31-ci dəqiqədə Jordi Albanın zərbəsi dəqiq olub. Fasilə ərəfəsində isə daha bir qol vurulub. Meydan sahiblərindən Frenki De Yonq hədəfdən yayınmayıb: 2-1. İkinci yarıda qol olmadığından görüş bu hesabla yekunlaşıb. “Barselona” 20 xalla 5-ci pilləyə yüksəlib. 26 xalı olan “Real Sosyedad” isə yalnız lider “Atletiko”dan geri qalır.