İngiltərə Premyer Lqiasının 13-cü turunda liderlər üz-üzə gəlib. “Liverpul” – “Tottenhem” matçının ilk hissəsində 2 qol vurulub. Tərəflər hərəyə bir dəfə fərqləniblər. 26-cı dəqiqədə Məhəmməd Salah hesabı açıb. Çox keçmədən tarazlıq bərpa edilib. Qonaqların sərrast futbolçularından Hun Min Sonun zərbəsi dəqiq olub. Fasiləyə 1-1 hesabı ilə yollanana komandalar ikinci yarıda irəli atılıb. Hesab 90-cı dəqiqədə dəyişib. Roberto Firmino “Liverpul”a qələbə qazandırıb. 28 xalı olan “Liverpul” vahid liderdir. İkinci pillədə qərarlaşan “Tottenhem” isə 25 xalla 3-cüdür.
“Arsenal” isə “Sauthempton”u qəbul edib. Son 5 turda qələbə üzünə həsrət qalan “topçular” bu dəfə də xal itiriblər. Hesabı qonaqlar açıblar. Teo Uolkot keçmiş komandasını məyus edib. İkinci yarıda isə Pyer Emerik Obameyanq hesabı bərabərləşdirib: 1-1. “Arsenal” 14 xalla 15-cidir. “Sauthempton” isə 24 xalla 3-cü pillədə qərarlaşıb.