"Sabah" futbolçusu Təmkin Xəlilzadə ilə müqaviləni yeniləyib.
Bununla bağlı 27 yaşlı müdafiəçi “İnstaqram” hesabında paylaşım edib. Milli komandamızın üzvü “Sabah”la 2021-ci ilin yanvarına qədər olan müqaviləsini mövsümün sonuna qədər uzadıb.
Qeyd edək ki, T.Xəlilzadə 2019-cu ilin yanvarında “Qəbələ”dən “Sabah”a keçib.