Rocer Federer son 70 ildə İsveçrə tarixinin ən yaxşı idmançısı seçilib.

Mükafatlandırılma mərasimində “Böyük Dəbilqə” turnirlərinin 20 qat qalibi ictimaiyyət qarşısında gələcək planlarından danışıb: “Avstraliyanın açıq çempionatına qədər 100 faiz hazır olacağımı söyləyə bilmərəm. Hərçənd oktyabr ayında fiziki cəhətdən tam hazır olacağımı gözləyirdim, amma bu baş vermədi. Bununla belə istənilən halda, hazırlıq mərhələsi ürəyimcə oldu. Yarışa qədər hazırlığımın lazımi səviyyədə olacağına ümid edirəm. Son vaxtlar ancaq fiziki hazırlıqla bağlı məşqlər keçmişəm,indi isə yarışa qədər taktika ilə məşğul olacağam. Hərçənd, onu da yaxşı başa düşürəm ki, “Australian Open”ə çox qalmayıb.Hələ bir gözləyək görək, fevralın 8-də bu turniri başlamaq mümkün olacaq ya yox? Vaxtın uzanmağı mənim işimə yarayır”.

Əlavə edək ki, Federer növbəti mövsüm “Australian Open”lə yanaşı “Uimbldon”, Olimpiya oyunları və US-Openi özü üçün prioritet turnirlər adlandırıb.