Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə yaralananlara və şəhid olanların ailələrinə dəstək məqsədi ilə öz təşəbbüsləri ilə ianə aksiyası həyata keçiriblər.

AMADA-nın bütün əməkdaşları əməkhaqlarından ümumilikdə 15 min 500 manat məbləğində vəsaiti könüllü olaraq “YAŞAT” Fonduna köçürüblər.

AMADA-nın kollektivi döyüşlərdə yaralanan hərbçilərimizə bir daha şəfa diləyir, şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına başsağlığı verir.