İtaliya çempionatının 11-ci turunda “Kalyari” “İnter”i qəbul edib. Görüşdə 4 qol vurulub. Hesabı meydan sahiblərindən Rikardo Sottil açıb. İkinci yarıda təşəbbüsü ələ alan qonaqlar əzmkar oyunla qələbə qazanıblar. Nikolo Barella, Danilo Dambrozio və Romelu Lukaku fərqlənib - “Kalyari” – “İnter”: 1-3.

“Cenoa” – “Yuventus” matçında da eyni hesab qeydə alınıb. Hesabı “Qoca Sinyora”nın heyətindən Paolo Dibala açıb. Çox keçmədən tarazlıq bərpa olunub. Meydan sahiblərindən Stefano Sturaro fərqlənib. Ruhdan düşməyən “Yuventus” qalan vaxtda 2 qol vurub. 2 penaltini dəqiq yerinə yetirən Kriştiano Ronaldo dubl edib. “Yuventus” 3-1 hesabı ilə qalib gəlib.

“Napoli” – “Sampdoriya” görüşündə isə 3 qol vurulub. Hesabı qonaqlardan Yakub Yankto açıb. Ruhdan düşməyən meydan sahibləri ikinci yarıda hesabı öz xeyirlərinə dəyişməyi bacarıblar. İrvinq Lozano və Andrea Petanya qələbədə pay sahibi olub. “Napoli” – “Sampdoriya” 2:1.

Yarış cədvəlinin lideri “milan” isə “Parma”nı qəbul edib. Oyunda 4 qol vurulub. Tərəflər hərəyə iki dəfə fərqləniblər. Qonaqlardan Hernani və Yasmin Kurtiçin zərbəsi dəqiq olub. Meydan sahiblərindən isə Teo Ernandez dubl edib. “Milan” 27 xalla liderliyini davam etdirir. 24 xalı olan “İnter” ikinci pillədədir. “Napoli” və “Yuventus” 23 xalla 3-cü, 4-cü yerləri bölüşür.