UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasını açıqlayıb.

Qrup mərhələsinin son turunun ən yaxşı "11-liy"inə İtaliyanın "Yuventus", Fransanın PSJ və İspaniyanın "Atletiko" klublarından 2 oyunçu düşüb. Rəmzi komandada qapıçılardan Canluici Buffonun adı var. Siyahıda müdafiəçilərdən Natan Ake, Denis Popov, Niklas Süle, Mario Ermoso, Anxelinyo, yarımmüdafiəçilərdən Rüd Vormer, Yannik Karrasko, hücumçulardan Kilian Mbappe, Neymar və Kriştianu Ronaldu qərarlaşıb.