Türkiyənin “Samsunspor” klubunun milli komandamızın üzvü Rəhim Sadıxova maraq göstərməsi barədə xəbər vermişdiq.
Futbolçunu transfer etməkdə israrlı olan qardaş ölkənin birinci divizion təmsilçisi yarımmüdafiəçinin oyununu izləmək qərarına gəlib. Bu məqsədlə klubun skautlarının “Sumqayıt”ın oyunlarını eləcə də milli komandanın görüşlərini izləmək üçün ölkəmizə gələcəkləri gözlənilir. Amma koronavirus pandemiyasına görə böyük ehtimalla bu səfər gələn ilin yaz aylarında reallaşacaq. Çünki mart ayında Azərbaycan çempionatının oyunları ilə yanaşı milli komandamızın da dünya çempionatının seçmə mərhələsindəki görüşləri start götürəcək.