UEFA Çempionlar Liqasında Eyç qrupunun taleyinə son turda aydınlıq gəlsə də, PSJ – “Başakşəhər” matçında baş verən insident oyunun yarımçıq dayandırılmasına səbəb olub. İ qrupunda isə oyunlar formal xarakter daşıyıb.

UEFA Çempionlar Liqasının H qrupunda “Mançester Yunayted”i qəbul edən “Leyptsiq” oyuna daha yaxşı başlayıb. İlk hissədə 2 qol vurulub. Meydan sahiblərindən Anhelinyo və Amadu Aydara fərqlənib. İkinci yarıda Castin Klüvert hesabı artırıb. Son dəqiqələrdə isə qonaqların 2 qolu təsəllidən başqa bir işə yaramayıb. Brunu Fernandeş penaltidən fərqlənib. Almaniya təmsilçisindən İbrahima Konate isə avtoqolla yadda qalıb. 3-2 hesabı ilə qalib gələn “Leyptsiq” pley-offa vəsiqə əldə edib. “Mançester Yunayted” isə Avropa Liqasında mübarizə aparacaq.

PSJ və "Başakşəhər" arasındakı qarşılaşmanın 14-cü dəqiqəsində qalmaqal yaranıb. Buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Buna baxmayaraq, matçın baş hakimi 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan kənarlaşdırıb. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib. Nəticədə təxirə salınan PSJ - "Başakşəhər" matçı bu gün saat 21:55-də qaldığı yerdən davam edəcək. UEFA görüşə yeni hakimlər briqadası təyin edib.

İ qrupunda formal xarakterli görüşlər olub. Ötən turlarda pley-offa vəsiqəni təmin edən “Çelsi” ilə “Sevilya” qrupda son görüşlərinə çıxıb. İngiltərə təmsilçisi “Krasnodar”la qarşılaşıb. Görüş 1-1 hesabı ilə yekunlaşıb.

“Sevilya” isə “renn”dən üstün olub. İspaniya təmsilçisi İspaniya təmsilçisinin 3 qoluna, fransızlar 1 dəqiq zərbə ilə cavab veriblər.