Beynəlxalq Olimpiya Komitəsi 2024-cü il Paris Yay Olimpiya Oyunlarında veriləcək medalların sayını azaldıb.

Bu barədə qurumun prezidenti Tomas Bax mətbuat konfransında açıqlama verib. Bax İcraiyyə Komitəsinin olimpiya proqramı ilə bağlı təklifləri nəzərdən keçirsə də, yeniliklərin qəbul olunmadığını söyləyib: "Proqrama yeni idman növlərinin əlavə edilməsi gözlənilmir. Əksinə medalların sayı 339-dan 329-a qədər azaldılıb. Bundan başqa idmançıların sayı 10 500 nəfərədək məhdudlaşdırıb. Bu, Tokio olimpiadasında gözlənilən iştirakçı sayından 600 nəfər azdır".

 Tomas Bax Paris olimpiadasında kişi və qadın idmançıların sayının bərabər olacağını diqqətə çatdırıb.