Almaniya Bundesliqasının 10-cu turunda “Herta” “Union”u qəbul edib.

Görüşə qonaqlar daha yaxşı başlayıblar. Artıq 20-ci dəqiqədə hesab açılıb. “Union”un heyətindən Tayvo Avoni hesabı açıb. Çox keçmədən qonaqlar azlıqda qalıblar. Robert Andrix qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyündən istifdə edən meydan sahibləri ikinci yarıda hücumlarını daha da gücləndirib. Nəticədə, 51-ci dəqiqədə tarazlıq bərpa olunub. Peter Pekarik komandasını ümidləndirib. 74 və 77-ci dəqiqələrdə ardıcıl 2 qolla “Herta” qələbə qazanıb. Kşiştof Pyontek dubl edib. Berlin derbisində 3-1 hesabı ilə qalib gələn “Herta” 11 xalla 11-ci pilləyə yüksəlib. “Union” isə 16 xalla 6-cıdır.