Türkiyə Çempionatında 11-ci tura start verilib. İlk oyunda “Beşiktaş” doğma meydanda “Kasımpaşa”nı qəbul edib. Qalib gəlməkdə çətinlik çəkməyən meydan sahibləri qələbələr seriyasını 3-ə yüksəldib.

“Vodafon Park Arena”da keçirilən qarşılaşmaya gözlənildiyi kimi meydan sahibləri daha yaxşı başlayıblar. Ardıcıl hücum cəhdləri ilk hissəyə artırılan vaxtda nəticə verib. Bernar Mensa hədəfi düzgün nişan alıb. Fasilədən sonra “Kasımpaşa” azlıqda qalıb. Floran Haderconay birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü qazanan meydan sahibləri 69-cu dəqiqədə fərqi artırıb - 2:0. Rəqib özünə gəlməmiş 6 dəqiqə sonra qapısında daha bir top görüb. VinsentAbubakar mübarizəyə nöqtə qoyub: “Beşiktaş” – “Kasımpaşa” 3:0