Asiya Çempionlar Liqasının daha iki qrupunda mübarizə başa çatıb.  Qatarda keçirilən oyunlardan sonra E və F qruplarından pley –ofa yüksələn komandalar məlum olub. 

E qrupunda Çinin “Beyçzin Qroan” və Taylandın “Çanqray” komandası qarşılaşıb. Hesabı 55-ci dəqiqədə Eakkanit Punya açıb. Tayland futbolçularının buna cavabı görüşün sonlarında gəlib. Brazilyalı Alan komandasını məğlubiyyətdən xilas edib – 1:1. Bununla da xallarının sayını 16-a çatdıran “Beyçzin Qroan” qrup lideri kimi 1/8 finala yüksəlib.

Qrupun digər oyununda “Melbrun” qalib gələrək pley ofa adlayıb. Avstraliya təmsilçisi “Seul”dan üstün olub. “Melburun” futbolçuları ilk hissədə iki dəfə rəqib qapısına yol tapıblar. Əvvəlcə 5-ci dəqqiədə Marco Rojas, bir qədər sonra isə  Ceyk Primmer fərqlənib. Koreya komandasının gücü isə bir qola çatıb. 65-ci dəqiqədə Xvan Xyu Sunun vurduğu qol yalnız təsəlli olub:  “Melbrun” – “Seul” 2-1.

F qrupunda “Ulusan” ardıcıl 5-ci qələbsini qazanıb. Koreya  futbolçuları Çinin “Şanxay Şenxua” klubunu 4-1 hesabı ilə məğlub ediblər. 3-cü dəqiqədə Pak Çon İn “Ulusan”ı hesabda irəli çıxarıb. İlk yarının ortalarında Li San Xyon hesabı artırıb. Bir saatın tamanında isə “Şanxay Şenxua”  fərqi miniuma endirib. Bi Çzinxao komandasını ümidələndirib. Lakin Çin futbilçularının bundan artığına gücü  çatmayıb. Əvəzində “Ulusan” rəqibini daha iki dəfə məyus edib. Born Yonsen penaltini dəqiq yerinə yetirib. Norveçli futbolçu görüşün son dəqiqəsində dubl edərəl mübarizəyə nöqtə qoyub – 4:1.

“Pert Qlori”- “Tokio” matçının taleyini isə bir qol həll edib. Adailton 8-ci dəqiqədə fərqlənərək komandasına 3 xal qazandırıb. F qrupunda hesabında 16 xal olan  “Ulusan” lider kimi 1/8 finala çıxıb. Ondan 6 xal az toplayan “Tokio” da mübarizəni pley ofda davam etdirəcək.