"Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq".

Bunu “Qarabağ”ın köməkçi məşqçisi Elçin Rəhmanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında söyləyib.

O deyib: “Qələbə üçün meydana çıxmışdıq. Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi, yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər”.