Günün maraqla gözlənilən qarşılaşmalarından biri İngiltərədə olacaq. “Mançester Yunyted” “Old Trafford”da PSJ-ni qəbul edəcək. Bu qrupun digər oyununda Başakşəhər İstanbulda Leyptsiqlə qarşılaşacaq. 4 komandanın hamısının pley-offa yüksəlmək imkanının olması matçlara diqqəti artırır. Hazırda “Mançester Yunayted” 9 xalla qrup başçılıq edir. PSJ və “Leyptsiq”in 6 xalı var. “Basakşəhər” isə 3 xal toplayıb. 

E qrupunda “Sevilya” – “Çelsi”  oyunu diqqət mərkəzindədir. Hər iki komanda 4 turdan sonra 10 xal toplayıb və pley-offa vəsiqəni təmin edib. Qarşılaşma qrup liderliyi baxımından əhəmiyyət kəsb edir. Xatırladaq ki, Londonda bu rəqiblərin ilk görüşündə hesab açılmayıb.

Qrupun “Krasnadar – “Renn” görüşü isə qrup 3-lüyü baxımından əhəmiyyət kəsb edir. Hər iki komanda 4 tura cəmi 1 xal toplayıb. Həmin 1 xal da ilk turda bir-birləri qarşılaşmada heç-heçə etməklə qazanılıb.

Maksimum nəticə ilə gıəstərən “Barselona” Macarıstana sıəfər edib. Komanda “Ferentsvaroş”la üz-üzə gələcək. Qrup 2-ci kimi pley-offa vəsiqəni təmin edən “Yuventus” isə Turində “Dinamo Kiyev”i qəbul edəcək.

F qrupunda 9 xalla lider olan Dortmund “Borussiya”sı  ondan 1 xal geri qalan “Latsio” ilə qarşılaşacaq.  Xatırladaq ki, İtaliyada rəqibinə uduzan “Borussiya” futbolçuları ondan sonra ardıcıl 3 qələbə qazanıblar.

4 xalla qrupda 3-cü yerdə qəraralaşan “Brügge” isə doğma meydanda 1 xalla autsayder olan “Zenit”i qəbul edəcək.