Son günlər “Keşlə” klubunu tərk edən legionerlərin sayı artır.

Artıq daha əcnəbi oyunçu komandanı tərk edib. Söhbət özbəkistanlı hücumçu Şahruh Qadoyevdən gedir. Futbolçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında pozulub. Qeyd edək ki, daha öncə “Keşlə”ni braziliyalı futbolçular Alvaro Tavarfeşlə Artur Batista da tərk etmişdi.