Futbol komandasına azarkeşlik etmək idmana olan sevgidən irəli gəlir. Bu istəyi sevdiyi rənglərdə yaşadan,onu həyatının ayrılmaz hissəsinə çevirən azarkeşlər isə klubların diqqətindən kənarda qalmır. Bu günlərdə sevimli futbol kulubu "Fənərbağça" qəhrəman əsgərimiz Niyamin Niftalızadəni xatırladı.Xalqımıza və şəhidimizin ailəsinə başsağlığı verdi...
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizin ərazi bütövlüyünün bərpası hər zaman həlli gözlənilən məsəllələrdən biri olub. Bu istiqamətdə ictimai-siyasi və hərbi sahədə böyük işlər görülüb,haqq səsimiz dünyaya çatdırılıb. Əldə olunan uğurlar isə bizi gücləndirib və yeni zəfərlər qazanmağa istiqamətləndirib. Vaxt yetişdi, Qarabağın vətən torpağına qatmağ zamanı gəldikdə isə ürəyi vətən sevdalı mərd oğullar cəbhə bölgəsinə yollandı. Vətənin azadlığı uğurunda canını,qanını əsirgəməyən belə qəhrəmanlardan biri də odur- Niyamin Niftalızadə.
Niyamin Niftalızadə 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda dünyaya göz açıb. Doğma torpaqda özünə iş qurub aşbaz peşəsinə yiyələnib. Niyamin həm də idmana olan sevgisi ilə tanınıb, seçilib.Peşəkar idmançı olmasa da müxtəli idman növlərində özünü sınayıb. Rənglərinə aşiq olduğu, azarkeşlik etdiyi “Fənərbağca” komandasına olan sevgisini isə ətrafında olan hər kəs bilib. Niyaminin “Fənərbağça” azarkeşliyi,“sarı-lacivərd” sevdası 9 yaşından başlayıb.Alə üzvüləri deyir ki, sevdiyi klubunun oyunlarını stadiondan izləmək ona qismət olmasa da seçdiyi əşyalarda, geyim dəstlərində ,evinin hər güşəsində aşiq olduğu rəngləri görmək mümkündür. “Fənərbağça”ya aid bayraqlar, formalar, müxtəlif aksesuarlar Niyaminin doğma komandasına bağlılığından, böyük sevgisindən xəbər verirdi... Sevimli forması ilə çəkdirdiyi şəkillərdə isə üzündə əks olunan təbəssüm onun qürurla “Fənərbağça” lı olduğunu göstərirdi. Bacısı Nərmin də qardaşından qürurla bəhs edir . Niyaminin hər arzusunda, hər istəyində bütün işlərində komandasını özündən ayırmadığından söhbət açır. O, sarı-mavi rənglərin qardaşının həyatının ən önəmli parçası olduğunu da gizlətmir.
Niyaminin döyüş yolu Füzulidən başlayır. Xocəvənd və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhrmancasına iştirak edir, erməni tankını vuraraq taboru xilas edir. Niyaminin soyuq məzarını sarı güllər bir də sevdiyi komandasının forması bəzəyir. Bu ülvü sevgiyə heç kim biganə qala bilmir. Nə həyatını xilas etdiyi əsgər yoldaşları, nə də qatı azarkeşi olduğu "Fənərbağça"sı...
Şəhidimizin şəklini sosial şəbəkərində paylaşan İstanbul klubui hislərini belə töərənnüm edir. - “Azərbaycan Ordusunda xidmət edərkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət diləyir, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk” .