Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları keçirilir. Dünən daha iki qarşılaşma baş tutub.


Öncə iki paytaxt təmsilçisi – “Keşlə” və “Sabah” komandaları qarşılaşıb. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.


Günün digər matçı “Səbail”lə son çempion “Qarabağ” arasında keçirilib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Ağdam klubunun gücü isə yalnız məğlubiyyətdən xilas olmağa çatıb.


Qeyd edək ki, tura bu gün keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı ilə yekun vurulacaq. Turun açılış matçında “Neftçi” ilə “Zirə” heç-heçəyə razılaşıb – 0:0.