UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turu başlanib. E qrupunda “Çelsi” “Renn”in qonağı olub. Oyuna daha yaxşı başlayan qonaqlar 22-ci dəqiqədə hesabı açıblar. Kallum Hadson-Odoy fərqlənib. İkinci yarıda meydan sahibləri tarazlığı bərpa ediblər. Seri Girassi hədəfdən yayınmayıb. Ruhdan düşməyən “Çelsi” futbolçuları son dəqiqələrdə qələbə qolunu vurublar. Olivie Jiru komandasına qələbə qazandırıb. 2-1 hesabı ilə qalib gələn “Çelsi” pley-offa vəsiqə əldə edib.
Qrupun digər görüşündə də eyni hesab qeydə alınıb. “Krasnodar”ı qəbul edən “Sevilya” 2:1 hesabı ilə qalib gəlib. Qonaqlardan İvan Rakitiçlə Münir El Heddadi fərqlənib. Meydan sahiblərindən isə Vanderson təsəlli qolunun müəllifi olub. Qalib gələn “Sevilya” da pley-offa vəsiqə qazanıb.
F qrupunda “Borussiya” inamla irəliləyir. Dortmund futbolçuları “Brügge”dən üstün olublar. Ceydon Sanço bir dəfə fərqləndiyi halda, Erlinq Holand dubl edib. “Borussiya” 9 xalla liderdir.
Qrupun digıər matçında isə “Latsio” “Zenit”i qəbul edib. İlk hissədə 3 qol vurulub. Meydan sahiblərindən Ciro İmmobile və Marko Parolo fərqlənib. Qonaqlardan isə Artyom Dzyuba qol vurub. İkinci yarıda təşəbbüsü əldən verməyən romalılar İmmobilenin daha bir qolu ilə mübarizəyə nöqtə qoyublar. “Latsio” 8 xalla ikinci pillədədir.