“Klivlend”in mərkəz oyunçusu Tristan Tompson karyerasını “Boston”da davam etdirəcək.

29 yaşlı basketbolçu Massaçusets klubu ilə 19 milyon avro dəyərində iki illik müqavilə imzalayıb. Tompsonla “Toronto”, “Leykers”, “Hyuston” və “Klippers” də maraqlansa da, 2016-cı ildə “Klivlend”lə MBA çempionu olan basketbolçu “Seltiks”i seçib. Amerika mətbuatının yazdığına görə, Tompsonun “Klivlend”də qalmamasının səbəbi tərəflərin yeni müqavilənin şərtləri ilə bağlı razılıq əldə edə bilməməsi olub.