DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının səbətlərinin ilkin siyahısı açıqlanıb. Dekabrın 7-də baş tutacaq püşkatmada komandalar 6 səbətə bölünəcək.

Bunların 5-də 10, 1-də 5 yığma yer alacaq. Bu səbətlər noyabrın 26-da açıqlanacaq FİFA reytinqinə əsasən dəqiqləşəcəj. Lakin artıq indidən reytinqlə bağlı təxminlərə əsasən səbətlər bəllidi.

 

Azərbaycan millisi 5-ci səbətdədir. Püşk komandaları beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa böləcək.

 

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;

 

2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;

 

3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;

 

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;

 

5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, AZƏRBAYCAN, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;

 

6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.