Millimizin sabiq hücumameyilli yarımmüdafiəçisi Ruslan Qurbanov Rusiya mətbuatına müsahibə verib.

Hazırda "Zirə"də çıxış edən 29 yaşlı futbolçu  cəbhədəki qələbəmizdən də söz açıb: "Gecə atəşfəşanlıq səsi ilə oyandım və hər şeyi həmin vaxt öyrəndim. Pəncərəni açdım, gördüm ki, maşının yanında 25 nəfər rəqs edir. Televizoru açdım və prezidentin bunu elan etdiyini gördüm. Həmin günü şəhər yatmadı. İnsanlar komendant saatına baxmayaraq, küçələrdə şənliklər təşkil etdilər. Hər kəs bayraqlarla 30 ildən sonra xəyal qurduqları anı qeyd edirdi. Müharibəyə görə Azərbaycanda milyonlarla qaçqın var. Cəbhəyə gedən könüllülər çox idi. Bunların arasında MMA döyüşçüləri, futbolçular da var idi. Xalq əsgərlərə çox kömək etdi, hərbi maşınları dayandırıb əsgərlərə su, qida və siqaret verirdilər".