UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında Monteneqro milli komandanın baş məşqçisi Faruk Hadcibegiçin və komandanın üzvü Milan Miyatoviçin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Faruk Hadcibegiç: “Məqsədimiz qrup lideri olmaqdır. Oyun hər iki komanda üçün çətin keçəcək. Çünki hər iki komanda bu arenanı tanımır, ilk dəfə meydana çıxacaq. Monteneqro coğrafi cəhətdən Xorvatiyaya daha yaxın olsa da, bunun bizə üstünlük verəcəyini düşünmürəm. Bizə problem yaradacaq ən əsas məsələ Azərbaycan millisinin nümayiş etditəcəyi futbolun keyfiyyətidir”.
Milan Miyatoviç: “Azərbaycan millisi ilk oyunda nümayiş etdirdiyi futbolla keyfiyyətli komanda olduğunu göstərdi. Biz qrup liderliyi uğrunda mübarizə aparırıq və bu oyunda Lüksemburqla qarşılaşmada buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq”.