Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə İsveçrə ilə üz-üzə gəlib. Matçda hesabı Azərbaycan millisi açsa da, sonradan buraxdığı 2 topla məğlub olub. Beləliklə, yığma qrup mərhələsini 6 xalla 6 komanda arasında 5-ci yerdə başa vurub. Oyundan sonra U-21-in baş məşqçisi Milan Obradoviç futbolçuların buraxdlğı kişik səhvlərə görə məğlub olduqlarını bildirib: “Xüsusən, son 10 dəqiqədə futbolçulara daha diqqətli olmalarını tapşırdım. Təəssüf ki, ardıcıl iki oyundur son dəqiqədə qol buraxaraq məğlub oluruq. Beynəlxalq səviyyəli oyunlarda bu cür səhvləri bağışlamırlar. Prinsipcə oyundan razı qalsam da, nəticədən narazıyam. Bu gün biz xal itirdik”