Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika zonasında növbəti oyunlar gözlənilir. Lider Braziliya millisinin növbəti rəqibi autsayderlərdən Venesual seçməsidir. “Sambaçılar”la birgə irəlidə gedən Argentina futbolçuları isə Paraqvay yığmasını qəbul edəcəklər.
Braziliya və Argentinanın 2022-ci il dünya çempionatına vəsiqə qazanacağı heç kimdə şübhə oyatmır. Elə Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin yarış cədvəlinə baxanda da bunu əminliklə təsdiqləmək olar. Hər 2 milli ilk qarşılaşmalarını qələbəylə başa vurub. Braziliya yığması müvafiq olaraq Boliviya və Peru, Argentina komandası isə Ekvador və Boliviya seçmələrini məğlubiyyətə uğradıb. Hazırda “sambaçılar” top fərqinə görə liderdilər. Argentina isə 2-ci sıradadılar. Ümumiyyətlə yalnız bu 2 kollektiv ilk görüşlərdə maksimum nəticə göstərib. Braziliya seçməsinin növbəti görüşü seçmə mərhələyə ardıcıl 2 məğlubiyyətlə başlayan Venesuela komadnası olacaq. Braziliyadakı görüş noyabrın 14-ü, gecə saat 5-in yarısı başlayacaq. Argentina yığması isə seçmə mərhələsinin 3-cü matçında Paraqvay yığması ilə görüşəcək. Bu qarşılaşmanın start fiti isə noyabrın 13-ü, gecə saat 4-də səslənəcək.